×
A
A
A
Sazlamalar

Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Dadaşov Siyavuş Əbdül Xalıq oğlu
Əbdülrəhimov Ramiz Həmid oğlu
İbrahimov Məmməd Hüseyn oğlu

“Tərəqqi” medalı ilə

Axundova Sürəyya Əlifağa qızı
Əlizadə Cahid Azər oğlu
Hüseynov Abdul Fikrət oğlu
Hüseynov Emir Fikrət oğlu
Səmədov Rövşən Yaşar oğlu
Turabova Könül Akif qızı
Yusifli Nərmin Oğuz qızı.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2021-ci il

Sərəncamlar 2021-12-17 15:34:00