×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

Əliyeva Tinatin Məmməd qızı
Qaraməmmədli Yasin Alı oğlu
Rəsulov Rəis Azər oğlu
Verdizadə Nailə Allahverdi qızı.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 dekabr 2021-ci il

Sərəncamlar 2021-12-17 15:30:00