×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının müdafiə sənayesində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adı verilsin:

Mirzəyev Rasim Cəbrayıl oğlu
Musayev Elşən Qədir oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 dekabr 2021-ci il

Sərəncamlar 2021-12-17 15:07:00