×
A
A
A
Sazlamalar

Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

Bakı, 16 dekabr, AZƏRTAC

Yanvar-noyabr aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 7897 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 108,1 faiz artıb.
Dekabrın 1-nə olan vəziyyətə əsasən, 771,4 kiloqram hazır məhsul ehtiyatı qalıb.

Sənaye 2021-12-16 16:02:00