×
A
A
A
Sazlamalar

Jestlərin tanınması alqoritminin iş prinsipi analiz olunub

Bakı, 11 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda jestlərin tanınması alqoritminin iş prinsipi analiz olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda ölkəmizdə milli daktil əlifbanın və jestləri tanıyan milli elektron məlumat bazasının yaradılması aktual məsələlərdəndir. Jest dili fiziki imkanları məhdud şəxslər üçün yeganə ünsiyyət vasitəsidir. Kompüter görməsi texnologiyasının köməyilə alınmış videoqeydə əsaslanaraq jestlərin tanınması sahəsində məhsuldarlığa mənfi təsir edən bir sıra problemlər mövcuddur. Tədqiqat işində təklif olunan alqoritm neyroşəbəkə metoduna əsaslanır. Bu alqoritm əlin vəziyyətinin və işıqlandırmanın dəyişkənliyinə qarşı davamlıdır.

Texnologiya 2021-12-11 18:03:00