×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində iki nəfər xilas edilib

Bakı, 11 dekabr, AZƏRTAC

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 16 yanğına çıxış, 1 köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində iki nəfər, o cümlədən Şirvan şəhərində ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən bir nəfər xilas edilib. Həmçinin Hacıqabul rayonu ərazisində “KamAZ" və “Mercedes” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan “KamAZ” markalı yük avtomobilindən bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Din 2021-12-11 11:33:00