×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: “Yuventus” qrup mərhələsini lider kimi başa vurub, “Çelsi” ikincidir

Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də futbol üzrə UEFA Çempionlar Liqasının sonuncu - 6-cı turun daha iki qarşılaşması başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki qarşılaşma H qrupunda baş tutub.
Səkkizdəbir finala vəsiqəni daha əvvəl təmin etmiş İtaliyanın "Yuventus" klubu evdə İsveçin "Malmö" komandası ilə, İngiltərənin "Çelsi" klubu isə Rusiyada "Zenit"lə qarşılaşıb. Qrup liderliyi baxımından önəm daşıyan görüşlərdə Turin təmsilçisi qələbə qazanıbsa, londonlular xal itirib. Nəticədə "qoca senyora" növbəti mərhələyə birinci yerin sahibi kimi adlayıb.
"Zenit" isə əvvəldən də məlum olduğu kimi, mübarizəni UEFA Avropa Liqasının pley-offunda davam etdirəcək.

İdman 2021-12-08 23:48:00