×
A
A
A
Sazlamalar

Azərbaycan çempionatında yunan-Roma güləşi yarışlarına yekun vurulub

Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının ikinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarış günündə yunan-Roma güləşində son 3 çəkidə, sərbəst güləşdə isə 4 çəkidə medalçılar müəyyənləşib.
Yunan-Roma güləşi yarışlarında İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sərxan Məmmədov (130 kq) qızıl medala sahib olublar.
Sərbəst güləşçilərin mübarizəsində isə Əfqan Xaşalov (57 kq), İslam Bazarqanov (61 kq), Zirəddin Bayramov (65 kq) və Davud İbrahimov (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın sonuncu günündə - dekabrın 9-da 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.
Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçirilir.

İdman 2021-12-08 23:13:00