Türkiyə hökumətinin növbəti iclası keçirilib
Ankara, 8 dekabr, AZƏRTAC
Hədəfimiz sərmayə qoyuluşunun, məşğulluğun, istehsalın və ixracatın artırılması və inkişafdır. Yeni iqtisadi siyasətimizin əsasını davamlı istehsalın qorunması, məşğulluğun təmin edilməsi və rifahın yaxşılaşdırılması təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa ənənəvi müraciətində deyib.
Quraqlığa görə zərər çəkən 651 istehsalçıya ümumilikdə 2,6 milyard lirə məbləğində kompensasiya ödəniləcəyini diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, süni qiymət artımına yol verilməyəcək. Prezident sərmayə yatırmaq imkanı olanları Türkiyənin yeni iqtisadi inkişaf proqramına qoşulmağa dəvət edib.
Qeyd edək ki, son vaxtlar Türkiyənin milli valyutası ABŞ dolları ilə müqayisədə xeyli ucuzlaşıb. Bunu nəzərə alan hökumət maliyyə və iqtisadi böhranların yaranmaması üçün ciddi tədbirlər görməyə başlayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir
Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür
Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir
Blinken Çinə dörd günlük səfər edəcək
Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər