×
A
A
A
Sazlamalar

Masallı gəncləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Masallı, 8 dekabr, Bağır Əliyev, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Masallı Rayon Gənclər və İdman İdarəsinin, Masallı Gənclər Evinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə dekabrın 8-də bir qrup gənc rayondakı Heydər Əliyev Mərkəzinə ekskursiya edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Ekskursiya zamanı gənclərə dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.
Ekskursiya zamanı gənclər Ulu Öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponat, fotostend, kitablarla tanış olublar.
Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnək təşkil edir.
Sonda gənclər Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.

Regionlar 2021-12-08 20:40:00