×
A
A
A
Sazlamalar

Cari ildə 17 minə yaxın xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib

Bakı, 8 dekabr, AZƏRTAC

Cari ilin dekabrın 1-nə 16 min 732 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artıb.
Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatından keçmiş 999 xarici investisiyalı kommersiya hüquqi şəxsin 33,1 faizi ticarət, 26,8 faizi xidmət, 12,1 faizi tikinti, 10,7 faizi sənaye, 4,8 faizi rabitə, 12,5 faizi isə digər sahələrdə fəaliyyət göstərir.

Maliyyə 2021-12-08 19:36:00