×
A
A
A
Sazlamalar

Jest informatikasının istiqamətləri araşdırılıb

Bakı, 8 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında Tədris-İnnovasiya Mərkəzinin 2021-ci il üzrə hesabatı dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova yerinə yetirilmiş elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti, elmi jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak və digər görülmüş işlər haqqında danışıb. O bildirib ki, Mərkəzdə fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodlarının işlənilməsi, statistik təhlillər əsasında Azərbaycan dilində mətnlərin oxunma imkanın qiymətləndirilməsi metodları və alqoritmlərinin işlənməsi mövzuları üzrə tədqiqatlar aparılıb. Həmçinin jest informatikasının istiqamətləri, hədəfləri, texnologiyaları araşdırılıb, intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi həyata keçirilib.
R.Mahmudova mərkəzin cari və son beş ildəki elmi fəaliyyətini əks etdirən elmmetrik göstəricilər, il ərzində keçirilmiş seminarlar barədə də məlumat verib.
Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2021-12-08 19:32:00