×
A
A
A
Sazlamalar

Xəzər Universiteti əməkdaşlarının elmi məqaləsi “Scopus” indeksli jurnalda

Bakı, 8 dekabr, AZƏRTAC

Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin doktorantı Mustafa M.Alalavnehin və fakültənin dekanı Ceyhun Məmmədovun “Birbaşa xarici investisiyalar, infrastruktur investisiyaları, turizm gəlirləri və iqtisadi artım arasında əlaqə: meqatədbirlər nümunəsində” adlı elmi məqaləsi “Scopus” indeksli “Emerging Science Journal”da dərc edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədqiqatın məqsədi 2006-cı il FIFA dünya çempionatına ev sahibliyinin 2000-2017-ci illər ərzində Almaniyanın iqtisadi artımına təsir dərəcəsini araşdırmaq olub.
Məqalə ilə Xəzər Universitetinin saytında yerləşdirlmiş linkdə tanış olmaq mümkündür.

Elm və təhsil 2021-12-08 18:52:00