×
A
A
A
Sazlamalar

AzMİU Türkiyənin Üsküdar Universiteti ilə əməkdaşlıq qurur

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Türkiyənin Üsküdar Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva Üsküdar Universitetinin beynəlxalq əlaqələr üzrə direktoru Peyman Caferi və xarici əlaqələr üzrə mütəxəssis Dilbər Əliyevanı Türkiyə universitetləri ilə həyata keçirilən birgə layihələr və tədbirlər barədə məlumatlandırıb. Qonaqlar Üsküdar Universiteti haqqında ətraflı məlumat verib, hazırladıqları anlaşma memorandumunu tanış olmaq üçün təqdim ediblər.
Görüşün nəticəsi olaraq akademik tədqiqat məlumatlarının, kompüter mühəndisliyi və elektrik mühəndisliyi ixtisasları üzrə tələbə, tədqiqatçı və müəllim mübadiləsinin, birgə akademik və elmi fəaliyyətin, seminar və konfransların həyata keçirilməsi, eləcə də Avropa İttifaqının qrant və mübadilə layihələrində iştirak etmək qərara alınıb.

Elm və təhsil 2021-12-08 18:47:00