×
A
A
A
Sazlamalar

Astarada tərəvəz məhsullarının yığımı başa çatıb

Astara, 8 dekabr, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunda tərəvəz məhsullarının yığımı başa çatıb. Bu il rayonda 1922 hektar sahədə tərəvəz əkilib. Tərəvəz sahələrindən 28 min 765 ton məhsul yığılıb. Bu, ötən illə müqayisədə 9,5 faiz çoxdur. Tərəvəzin hər hektarından götürülən məhsuldarlıq 21 sentner artaraq 150 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda istehsal olunmuş tərəvəz məhsullarının 750,6 tonunu kələm, 1153 tonunu sarımsaq, 4 min 178,7 tonunu soğan, 6 min 289 tonunu xiyar, 8 min 410,7 tonunu sair tərəvəz təşkil edir.
Tədarük olunan tərəvəz məhsulları yerli bazarlara, o cümlədən respublikanın iri şəhərlərinə çatışa çıxarılıb.

Kənd təsərrüfatı 2021-12-08 18:44:00