×
A
A
A
Sazlamalar

On bir ayda Gömrük Komitəsi büdcəyə 3,9 milyard manat köçürüb

Bakı, 8 dekabr, AZƏRTAC

Yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 3 milyard 937 milyon 475 min manat olub.
Komitədən AZƏRTAC-a bildirilib ki, on bir ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 1 milyard 84 milyon 457 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 666 milyon 608 min manat, aksizlər üzrə 146 milyon 448 min manat, yol vergisi üzrə isə 39 milyon 962 min manat təşkil edib.

Maliyyə 2021-12-08 18:37:00