×
A
A
A
Sazlamalar

Tərtərdə keçirilən tədbirdə narkotik vasitə istifadəçilərinin əhatəsindəki insanlara da ciddi təhlükələr yaratdığı vurğulanıb

Bakı, 8 dekabr, AZƏRTAC

Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 6 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov çıxış edərək müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik vasitə istifadəçilərinin əhatəsində olan insanlara da ciddi təhlükələr yaratdığını vurğulayan şöbə rəisi bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.
Digər çıxışçılar da şagirdləri bu bəladan uzaq durmağa, dərslərinə məsuliyyətlə yanaşmağa çağırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sosial 2021-12-08 18:21:00