×
A
A
A
Sazlamalar

Vladimer Konstantinidi: Heydər Əliyev gürcü xalqının böyük dostu idi

Tbilisi, 8 dekabr, AZƏRTAC

Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi kimi tarixə düşüb. Məhz onun hakimiyyəti dövründə Azərbaycan ilə Gürcüstan arasında sıx münasibətlər qurulub və bu əlaqələr uğurla inkişaf edərək daha da möhkəmlənir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın xarici işlər nazirinin müavini Vladimir Konstantinidi söyləyib.
O bildirib ki, Heydər Əliyev gürcü xalqının böyük dostu idi. Ölkələrimiz arasında əlaqələrin inkişafında bu böyük insanın müstəsna xidmətləri olub. Gürcüstanla Azərbaycan arasında müasir strateji tərəfdaşlığın əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi idarəçiliyi altında qoyulub.
“Heydər Əliyevin əziz xatirəsi uzun illər boyu gürcü xalqının qəlbində yaşayacaq”, – deyə Konstantinidi vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2021-12-08 18:13:00