×
A
A
A
Sazlamalar

Ağsuda 12 min 800 tondan çox meyvə tədarük edilib

Ağsu, 8 dekabr, AZƏRTAC
Ağsuda meyvə yığımı başa çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə Ağsuda 12 min 869 ton meyvə tədarük olunub. Yığılan məhsul ötənilki göstəricidən 663 ton çoxdur.
Qeyd edək ki, hazırda bölgədə 3232 hektar meyvə bağı var. Bundan 202 hektarı yeni salınan bağlardır. Rayonda daha çox ənənəvi olan nar, xurma, alma, armud, alça, gavalı, şimal dağlıq ərazilərdə qoz, fındıq və sair meyvələr yetişdirilir. Son illər badam bağlarına maraq artıb. Yeni salınan bağlar da əsasən bu meyvənin ağaclarıdır.
Hazırda hər yerdə bağların payız-qış becərilməsi aparılır. Belə ki, ağaclar budanır, dibi yumşaldılır, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri görülür.

 

Kənd təsərrüfatı 2021-12-08 17:10:00