×
A
A
A
Sazlamalar

Zaur Əliyev: Azərbaycanda 290 minə yaxın şəkərli diabet xəstəsi qeydiyyatdadır

Bakı, 8 dekabr, AZƏRTAC

Ölkəmizdə 290 minə yaxın şəkərli diabet xəstəsi qeydiyyatdadır. Son illər bu rəqəm 5-6 faiz artıb.
AZƏRTAC xəbər ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Virtual Diabet Məktəbi layihəsinin təqdimat mərasimində deyib. "Lakin bu rəqəmlər kifayət etmir. Çünki ölkəmizdə hələ də xəstəliyindən xəbərsiz olan vətəndaşlar var. Onlar adətən ağırlaşanda bundan xəbər tuturlar. Ağırlaşmalar böyrək çatışmazlığı, aşağı ətrafların amputasiyası ilə nəticələnir. Bu da həm səhiyyə xərcinin artmasına, həm də vətəndaşın həyat tərzinə təsir edir", - deyə Z.Əliyev qeyd edib.
Agentliyin sədri icbari tibbi sığortanın xidmətlər zərfinə şəkərli diabetin vaxtında aşkarlanması və diaqnoz qoyulmasının da daxil olduğunu xatırladıb.



 

 

Səhiyyə 2021-12-08 16:46:00