×
A
A
A
Sazlamalar

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Bakı, 8 dekabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dekabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat bu gün yekunlaşır.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 8-i saat 17:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 16:25-dək imtahanda iştirak etmək üçün 1902 (BA - 470, BB - 1432) nəfər qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.

Elm və təhsil 2021-12-08 16:38:00