×
A
A
A
Sazlamalar

® Noyabr ayı üzrə “Veysəloğlu Pərakəndə İndeksi” 105,7 faiz təşkil edir

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.

Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir.

Orta illik göstəriciyə əsasən noyabr ayı üzrə qiymətlərdə 5,7 faiz artım olub.
2021-ci ilin noyabr ayında “Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2020-ci ilin noyabr ayına nisbətən 10,7 faiz artım olub. Qeyd edək ki, 2021-ci ilin noyabr ayında təzə qida məhsullarının (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları) qiymətində 2020-ci ilin noyabr ayına nisbətən 10,6 faiz, qida və spirtsiz içkilərdə 12,5 faiz, alkoqol və tütün məmulatlarında isə 6,2 faiz artım müşahidə edilib.

İqtisadiyyat 2021-12-08 16:13:00