×
A
A
A
Sazlamalar

“Penyarol” klub tarixində 51-ci dəfə Uruqvay çempionu olub

Bakı, 8 dekabr, AZƏRTAC

Futbol üzrə Uruqvay çempionatının qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Penyarol” komandası son matçda “Plasa Koloniya”nı məğlub edib. Əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün qalibi penaltilər seriyasında məlum olub. “Penyarol” penaltilərdə daha dəqiq olub - 8:7.
“Penyarol” klub tarixində 51-ci dəfə ölkə çempionu olub.

İdman 2021-12-08 14:42:00