×
A
A
A
Sazlamalar

Azərbaycanın U-19 komandası Türkiyə, Bolqarıstan və Lüksemburq yığmaları ilə qarşılaşacaq

Bakı, 8 dekabr, AZƏRTAC

Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, yığmamız Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə ikinci qrupda mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları gələn ilin sentyabr ayında Bolqarıstanda təşkil olunacaq.

İdman 2021-12-08 14:38:00