×
A
A
A
Sazlamalar

Sinoptiklər gözlənilən yağıntılar barədə xəbərdarlıq edib

Bakı, 8 dekabr, AZƏRTAC

Sinoptiklər sabah gözlənilən yağıntılar barədə xəbərdarlıq edib.
Hidrometeoroloji Proqnozlar Bürosundan AZƏRTAC-a verilən məlumata görə, dekabrın 9-dan 10-dək Azərbaycanın regionlarında - əsasən şimal və qərb rayonlarında havanın yağıntılı olacağı gözlənilir.
Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.

 

Ekologiya 2021-12-08 14:21:00