×
A
A
A
Sazlamalar

Azərbaycan futzalçısı Qazaxıstan klubu ilə anlaşıb

Bakı, 8 dekabr, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın hücumçusu Hadi Ahmadi karyerasını Qazaxıstan klubunda davam etdirəcək.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, 27 yaşlı oyunçu “Bayterek” klubu ilə anlaşıb. Forvard Uralsk təmsilçisi ilə gələn ilin mayınadək anlaşıb.
Qeyd edək ki, “Bayterek” hazırda Qazaxıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Komanda dekabrın 11-də və 12-də “Kayrat”la qarşılaşacaq. Hadinin bu oyunlarda iştirak edəcəyi gözlənilir.

İdman 2021-12-08 12:11:00