×
A
A
A
Sazlamalar

Millimiz yoldaşlıq oyununda heç-heçə edib

Bakı, 8 dekabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, BƏƏ-nin U-20 komandası ilə oyun 1:1 hesabı ilə nəticələnib.
Millimizin heyətində 70-ci dəqiqədə penaltidən Ayxan Süleymanlı fərqlənib. Bu komandalar arasında növbəti oyun dekabrın 9-da keçiriləcək.

 

İdman 2021-12-08 11:52:00