×
A
A
A
Sazlamalar

XİN: Beynəlxalq Ədalət Məhkəmənin Ermənistana sülh müqaviləsi ilə bağlı tövsiyəsi Azərbaycanın siyasi mövqeyi ilə üst-üstə düşür

Bakı, 8 dekabr, AZƏRTAC

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşılıqlı şəkildə sülh müqaviləsinin bağlanması, delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Nazir müavini vurğulayıb ki, Məhkəmə Ermənistana qarşılıqlı şəkildə sülh müqaviləsinin bağlanması, delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə etmişdi. Bu çağırış da məhz Azərbaycanın siyasi mövqeyi ilə üst-üstə düşür. Lakin növbəti illərdə qaldırılan məsələlərə baxılacaq və hüquqi qiymət veriləcək. Bu həqiqətlərin məhkəmədə sübut edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik.
Azərbaycanın Ermənistana qərarlara riayət etməsi və qarşıdurmaların qarşısını alması üçün açıq şəkildə çağırış etdiyini vurğulayan E.Məmmədov deyib: “BMT-nin məlum qətnamələri 30 il kağız üzərində qalmışdı. Beynəlxalq Ədalət Məhkəməsi dünyada 6 əsas qurumdan biridir. Beynəlxalq Ədalət Məhkəməsi üçün qərarının icra olunması prinsipial məsələsidir. Yeni mexanizm yaradılıb. Qərarlarla bağlı 3 hakimdən ibarət komitə formalaşdırılıb. Qərarlar icra olunmadığı təqdirdə, Məhkəmənin sədrinə məlumat verilir. Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın. Ermənistanda türkofobiya, azərbaycanofobiya meyilləri var. Bu, gələcək nəsillər üçün önəmli məsələdir. Hesab edirik ki, konvensiya çərçivəsində əldə edilən ən böyük uğurlardan biri budur”.

 

 

 

Siyasət 2021-12-08 11:48:00