×
A
A
A
Sazlamalar

Qusarda radikal dini cərəyanların gənclərə psixoloji təsirindən bəhs edən tədbir keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 7-də Qusar rayonunda “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə təşkilatçı qurumların nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıblar. Bildirilib ki, Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır. Eyni zamanda, gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunması və dini radikalizmin fəsadları ilə bağlı da fikir mübadiləsi aparılıb.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

Din 2021-12-08 11:22:00