×
A
A
A
Sazlamalar

“Ürək-damar sistemi xəstəliklərinin şəfalı bitkiləri” kitabı çapdan çıxıb

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun həmmüəllifi olduqları “Ürək-damar sistemi xəstəliklərinin şəfalı bitkiləri” kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabda müxtəlif əlamət və xüsusiyyətlərinə, torpaq-iqlim şəraitinə və becərilməsinə görə bir-birindən kəskin fərqlənən 37 növ dərman bitkisinin Azərbaycanda yayılması, botaniki və ekoloji xüsusiyyətləri, fitokimyəvi tərkibi, faydaları, xəstəliklərin ilkin əlamətləri, fəsadları və müalicəsi, ekstraktların təbabətdə istifadəsi üçün konkret reseptlər haqqında məlumatlar ümumiləşdirilib.
Nəşrdən elmi işçilər, müəllimlər, tibb kollecinin tələbələri, müstəqil loğmanlar və ürək-damar xəstəliklərinə tutulan insanlar istifadə edə bilərlər.

 

Elm və təhsil 2021-12-08 10:22:00