×
A
A
A
Sazlamalar

Balakəndə koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Bakı, 8 dekabr, AZƏRTAC

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Qazma kənd sakini Nigar Qandayeva COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən kənd ərazisində hərəkətdə olarkən aşkarlanan həmin qadın tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.
Digərlərinin də sağlamlığına təhlükə yaradan N.Qandayeva barəsində cinayət işi başlanılıb.

Regionlar 2021-12-08 08:41:00