×
A
A
A
Sazlamalar

Lerikdə zəlzələ olub

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Lənkəran seysmoloji stansiyasından 14 kilometr qərbdə - Lerik rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:09-da qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3-ə bərabər olub. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Ekologiya 2021-12-07 22:33:00