×
A
A
A
Sazlamalar

Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Sabirabad, 7 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunun Yuxarı Axtaçı kənd sakini Yusif Abuşova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.
Qaydaları pozan Y.Abuşovun qanunazidd hərəkətinin qarşısı polis əməkdaşları tərəfindən dərhal alınıb, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə o, yaşadığı ünvana qaytarılıb.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Regionlar 2021-12-07 21:12:00