×
A
A
A
Sazlamalar

Nadejda Qubeldaze: Heydər Əliyevin xatirəsi gürcü xalqının qəlbində daim yaşayacaq

Tbilisi, 7 dekabr, AZƏRTAC

Heydər Əliyevin təkcə Azərbaycan xalqı qarşısında deyil, gürcü xalqı qarşısında da böyük xidmətləri olub. Onun vəfatından 18 il ötsə də, əziz xatirəsi bizim qəlbimizdə yaşayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanda turizm sahəsində çalışan bələdçi Nadejda Qubeladze söyləyib.
Heydər Əliyevin Gürcüstan və gürcü xalqı üçün unudulmaz şəxsiyyət olduğunu vurğulayan Nadejda Qubeladze deyib: “Mən Heydər Əliyevi hələ sovetlər dövründən tanıyıram. Heydər Əliyev Eduard Şevardnadze ilə çox yaxın dost idilər. Bizim xalqlarımız arasında əsrlər boyu mehriban dostluq və qonşuluq münasibətləri olub. Məhz Heydər Əliyevin səyi nəticəsində dövlətlərimiz müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz daha da inkişaf edib”.
Onun sözlərinə görə, bu gün Gürcüstandan keçən irimiqyaslı regional neft, qaz və nəqliyyat layihələrinin də müəllifi məhz Heydər Əliyevdir. Bu layihələr hər iki xalq üçün çox mühüm əhəmiyyət kəsb edir.
“Bizim əlaqələrimiz bu gün də uğurla inkişaf edir. Prezident İlham Əliyev də Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Bunun nəticəsində bizim münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İnanırıq ki, bizim mehriban dostluq və qonşuluq münasibətlərimiz bundan sonra daha da möhkəmlənəcək və dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi əsrlər boyu gürcü xalqının qəlbində yaşayacaq”, - deyə bələdçi bildirib.
Qeyd edək ki, N.Qubeladze hər gün turistləri Tbilisinin bu hissəsinə gətirir. Onlara Tbilisinin meydan bazarı, hamamlar kompleksi və sair tarixi abidələri ilə yanaşı, Heydər Əliyev parkı və bu parkda abidəsinin ucaldılmasının səbəbi barədə qonaqlara ətraflı məlumat verir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2021-12-07 20:45:00