×
A
A
A
Sazlamalar

“Legiya” hücumçusunu Mahir Emreliyə uduzduğu üçün göndərir

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Polşanın “Legiya” klubu qış transfer pəncərəsində bir neçə futbolçusu ilə yollarını ayıracaq.
AZƏRTAC xəbər verir ki, onların arasında hücumçular Tomas Pekhart, Rafael Lopeş və yarımmüdafiəçi Andre Martinş var. Varşava təmsilçisinin T.Pekhartı göndərmək qərarına gəlməsinə səbəb isə onun rəqabətdə M.Emreliyə uduzmasıdır.
Qeyd edək ki, M.Emreli “Legiya”ya bu mövsümün əvvəlində “Qarabağ”dan keçib. Hazırda onun aktivində 10 qol var.

İdman 2021-12-07 18:43:00