×
A
A
A
Sazlamalar

Türkiyəli futbolçu İtaliya A seriyasının ən yaxşısı seçilib

Bakı, 7 dekabr, AZƏRTAC

Futbol üzrə İtaliya A seriyasında noyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu bu ada layiq görülüb.
Türkiyə millisinin üzvü ötən ay “Milan”, “Napoli”, “Venesiya” və “Speziya” ilə oyunlarda ümumilikdə 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
H.Çalhanoğlu A seriyasının XVII turu çərçivəsində dekabrın 12-də evdə “Kalyari” ilə keçiriləcək oyundan əvvəl mükafatını alacaq.

 

İdman 2021-12-07 18:32:00