×
A
A
A
Sazlamalar

Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə illik toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda qonaqlara regiondakı hərbi-təhlükəsizlik məsələləri, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra Azərbaycan Ordusunda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib və 2022-ci ildə planlaşdırılan fəaliyyətlər diqqətə çatdırılıb.
Tədbirdə hərbi attaşelərin sualları cavablandırılıb.
Qonaqlar belə tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də faydalı birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Ordu 2021-12-07 18:30:00