×
A
A
A
Sazlamalar

Sumqayıt məktəbliləri “Zəfər məktubu var” layihəsində iştirak edirlər

Sumqayıt, 7 dekabr, AZƏRTAC

Sumqayıtlı şagirdlər “Zəfər məktubu var” adlı layihədə iştirak edirlər. Layihə 31 nömrəli məktəbin 5-ci sinif şagirdləri tərəfindən başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihənin keçirilməsində məqsəd məktəbliləri vətənpərvərlik ruhunda yetişdirməkdir. Məktubların bəziləri hərbi hissələrdə olan əsgərlərə, bəziləri Vətən müharibəsi iştirakçılarının hazırkı iş yerlərinə və ya yaşadığı ünvana göndərilir.
Layihə artıq bir aydır ki davam edir. Artıq 300-ə yaxın məktub yazılıb və ünvanlarına çatdırılıb.
"Zəfər məktubu var” layihəsinə Sumqayıtın digər məktəbləri də qoşulub.

Regionlar 2021-12-07 17:58:00