×
A
A
A
Sazlamalar

Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb

Bakı, 7 dekabr, AZƏRTAC
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Topal Teymur” pyesi AMEA Hüseyn Cavidin ev-muzeyi tərəfindən ilk dəfə rus dilində nəşrə hazırlanıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Layihənin ideya rəhbəri muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır. Əsərin Azərbaycan dilindən rus dilinə tərcümə edəni tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.
Qeyd edək ki, Hüseyn Cavidin bu məşhur pyesi ötən il ingilis dilinə tərcümə edilərək ayrıca kitab şəkilində nəşr olunub. Bu isə əsərin daha geniş coğrafiyada oxunmasına və xarici ölkələrdə də səhnələşdirilməsinə xidmət edir.

Elm və təhsil 2021-12-07 17:49:00