×
A
A
A
Sazlamalar

Şahmatçılarımız İspaniyada keçirilən beynəlxalq turnirdə liderlər qrupunda mübarizəni davam etdirirlər

Bakı, 7 dekabr, AZƏRTAC
İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri uğurlu çıxışlarını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, yeddinci turda şahmatçımız Məhəmməd Muradlı braziliyalı Aleksandr Fier üzərində qələbə qazanıb, Eltac Səfərli yerli idmançı Jaime Santos Latasa, Aydın Süleymanlı Aleks Garrido Outonla heç-heçə ediblər. Aktivində 5,5 xal olan E.Səfərli və M.Muradlı liderlər qrupunda mübarizə aparırlar. Aydın Süleymanlı isə 4 xalla 46-cı sıradadır.
İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.

İdman 2021-12-07 17:47:00