×
A
A
A
Sazlamalar

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi gənclərə yeni layihə təqdim edib

Zaqatala, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının birgə təşkilatçılığı ilə “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihə reallaşıb.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihə çərçivəsində təlimçi İlkin Həbilov tərəfindən filialda təhsil alan tələbələrə “Biznesdə satışın əhəmiyyəti” mövzusunda təlim keçirilib. Təlim prosesində tələbə gənclərə “Biznesdə satışın aparılması”, “Müştəri məmnuniyyətinin artırılması”, “Satış mütəxəssislərinin yetişdirilməsi” və digər mövzular barədə ətraflı məlumat verilib.
Sonda gənclərin mövzu ilə bağlı fikirləri öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2021-12-07 16:30:00