×
A
A
A
Sazlamalar

İxtisasartırma kursları təşkil edilib

Naxçıvan, 7 dekabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində orta məktəb müəllimləri üçün “Texnologiya müəllimliyi” ixtisası üzrə ixtisasartırma kursları təşkil edilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov muxtar respublikada tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə birgə bu cür tədbirlərin keçirilməsi, bilik və təcrübə mübadiləsi gələcək pedaqoji fəaliyyət prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə seminarların gələcəkdə daha mütəşəkkil təşkili, əməkdaşlığın daha sıx davamı baxımından önəmlidir.
Kursun koordinatoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva çıxışı zamanı vurğulayıb ki, kursun keçirilməsində əsas məqsəd orta məktəb müəllimləri ilə universitet arasında əlaqələri genişləndirməkdir. Muxtar respublikada bu formada kursların təşkil edilməsi müəllimlərin peşə bacarıqlarının möhkəmlənməsində xüsusi rol oynayır.
Sonra orta məktəb müəllimləri “Tikiş texnologiyası”, “Xalçaçılıq texnologiyası”, “Toxuculuq texnologiyası”, “Kulinariya”, “Ağac və metal məmulatlarının hazırlanması texnologiyası” kabinələri ilə tanış olublar.
Beş gün davam edəcək kurslar həmin ixtisaslara aid kabinə və mərkəzlərdə keçiriləcək.

Regionlar 2021-12-07 16:08:00