×
A
A
A
Sazlamalar

Nəsirəddin Tusinin “Evklidin şərhi” əsərinə dair seminar keçiriləcək

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda “Nəsirəddin Tusinin “Evklidin şərhi” (Təhriri-Öqlidis) əsəri haqqında” seminar keçiriləcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, seminarda N.Tusinin “Evklidin şərhi” əsərindəki qeydlərinə və alimin bu əsərdə həndəsə elminə gətirdiyi yeniliklərə həsr olunan məruzə dinləniləcək.

Elm və təhsil 2021-12-07 15:32:00