Belçikada magistratura səviyyəsi üzrə təhsil almaq istəyənlərin nəzərinə
Bakı, 7 dekabr, AZƏRTAC
Belçikanın “College of Europe” ali təhsil müəssisəsinə 2022-2023-cü tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqram Avropa Qonşuluq Siyasəti ölkələri vətəndaşları üçün dövlət idarəçiliyi və siyasəti, beynəlxalq münasibətlər və diplomatiya, Avropa iqtisadi tədqiqatları, Avropa hüququ kimi ixtisaslar üzrə magistratura səviyyəsində təqaüdlü təhsil təklif edir. Təqaüd proqramına 2022-ci il yanvarın 19-dək müraciət etmək olar.
Proqram haqqında ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.
Transdisiplinarlıq strategiyaları ilə bağlı maarifləndirmə seminarı təşkil edilib
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib