Biləsuvarda “Mercedes” markalı mikroavtobusun mühərrikini oğurlayan qardaşlar saxlanılıb
Biləsuvar, 7 dekabr, Bağir Əliyev, AZƏRTAC
Biləsuvar şəhər sakini Ə.Əhmədov polisə müraciət edərək yaşadığı evin həyətindəki tikilidən özünə məxsus “Mercedes” markalı mikroavtobusun 2050 manat dəyərində mühərrikinin və digər ehtiyat hissələrinin oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların rayonun Bəydili kənd sakini Telman Məmmədov və onun qardaşı Təhməz Məmmədov olduqları müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib