ADU-nun Konfutsi İnstitutu “Çin ifaçılıq sənəti” adlı tələbə seminarı keçirib
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin ənənəvi komediya janrına - syanşenə həsr olunmuş “Çin ifaçılıq sənəti” adlı tələbə seminarı keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov syanşenin şifahi janr kimi yaranma və inkişaf tarixindən danışıb. O, syanşenin milli-xüsusi dil vasitələrindən, o cümlədən sürətli nitq tempi, heroqlif yumoru, Çin dilinin tonlarının təsiri, rəqəmlərin və frazeoloji yumorun, təkrarların çoxluğundan bəhs edib.
Seminarda çıxış edən ADU-nun çinşünas tələbələri tamaşanın forması və məkanları, ifaçıların xarici görünüş xüsusiyyətləri, onların aktiv və passiv rolları, səhnədə tutduqları mövqe və atributları, sənətkarların dörd əsas bacarığı, o cümlədən sənətkarlıq, valehedici hekayə danışmaq qabiliyyəti, müxtəlif personajları və dialektləri təqlid etmək, hazırcavablıq və nitqin ritmini saxlamaq haqqında danışıblar.
Qeyd olunub ki, Tyantszin və ya Putonxua dillərində müasir syanşen çıxışları ifanın dörd elementinə köklənir: danışma, təqlid etmək, mimika və oxuma. Aktual ictimai hadisələrin, məşhur şəxsiyyətlərin, mif və rəvayətlərin qəhrəmanlarının hərəkətlərini təsvir edən syanşenin məzmun baxımından növləri gülüş hədəfinə çevirmə, tərifləmə və əyləndirmə məqsədli olur.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır