×
A
A
A
Sazlamalar

Azərbaycan dili və ingilis dili fənləri üzrə imtahan materialları müzakirə edilib

Bakı, 7 dekabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qrupların iclası keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan dili fənni üzrə hərbi liseylərə qəbul imtahanları modelinə, ingilis dili fənni üzrə isə buraxılış imtahanlarının məzmununa uyğun materiallar müzakirə olunub.
İmtahan modellərində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan tapşırıqlara üstünlük verilib. Mətn seçiminə, ona aid tapşırıqların verilməsinə xüsusi diqqət yetirilib. İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Hərbi liseylərə qəbul imtahanları modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunacaq.
Dekabrın 13-də müzakirələr davam etdiriləcək.

Elm və təhsil 2021-12-07 10:29:00