×
A
A
A
Sazlamalar

Müdafiə nazirinin müavini Moskvaya səfər edib

Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, səfər dekabrın 9-dək davam edəcək.

Ordu 2021-12-06 20:02:00