×
A
A
A
Sazlamalar

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının federal müdafiə naziri Pervez Xattaka, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya və Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Başsağlığında deyilir: “Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”.

Ordu 2021-12-06 20:01:00