×
A
A
A
Sazlamalar

Azərbaycanlı hüquqşünasın məqaləsi “Hasilatın pay bölgüsü müqavilələri” kitabına daxil edilib

Bakı, 6 dekabr, AZƏRTAC

Londonda yaşayan həmyerlimiz, beynəlxalq hüquqşünas Banuçiçək Hilalqızının məqaləsi qlobal hüquqi bələdçi rolunu oynayan “Hasilatın pay bölgüsü müqavilələri” kitabına daxil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, kitabda dünyanın əsas neft və qaz yurisdiksiyalarında hasilatın pay bölgüsü sazişlərinin hərtərəfli icmalı təqdim edilib. Həmyerlimizin qələmə aldığı məqalədə Azərbaycanın hasilatının pay bölgüsü sazişlərindən yazılıb və hüquqi baxımdan şərh edilib.
Qeyd edək ki, belə müqavilələr neft-qaz sahəsində ev sahibi olan hökumətlərlə beynəlxalq neft şirkətlərinin münasibətlərini tənzimləyir və bütün dünyada geniş istifadə olunur.

Elm və təhsil 2021-12-06 18:48:00